Hakan Fidan Azərbaycana GƏLİR

17:34 13.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Hafta.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.

O, cümə günü Türkiyə-Azərbaycan-Gürcüstan Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

Keçeli Cənubi Qafqazda sabitliyin, firavanlığın və sülhün Türkiyə üçün vacib olduğunu vurğulayıb.

Sözçü vurğulayıb ki, Hakan Fidan Türkiyənin Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləndiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.