Hava proqonozu açıqlanıb

13:09 01.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 2-ə olan hava proqnozunu açıqlayıb.

Xidmətdən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman proqnozlaşdırılır. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.