“Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı var” - Paşinyan

15:48 07.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə koronavirus daşıyıcılarının sayı barədə danışıb.

O, bu barədə Facebook səhifəsində yazıb: "Elmi tədqiqatlara görə, hazırda Ermənistanda 100 mindən çox infeksiya daşıyıcısı var".

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 13130 nəfərə çatıb.