Heç bir Avropa ölkəsi “Polisario” separatçılarını tanımır

17:30 16.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib ki, cümə axşamı Brüsseldə açılacaq Avropa İttifaqı - Afrika İttifaqı sammitinə üzv ölkələrin heç biri tərəfindən tanınmayan “Polisario” separatçılarının nümayəndələrini dəvət etməyiblər.

Hafta.az-ın yazdığına görə, Aİ rəsmisi qeyd edib ki, sitat: aydınlaşdırmaq üçün əsas məqam ondan ibarətdir ki, bu sammit Avropa İttifaqı və Afrika İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək. Avropa ölkələrini Aİ, Afrika ölkələrini isə Afrika İttifaqı dəvət edir. Bu səbədən də “Polisario”nun sammitə çağrılıb çağrılmamasına dair suala Afrika İttifaqının nümayəndəsi cavab verə bilər.

P.Stano əlavə edib ki, Afrika İttifaqının bu dəvəti Avropa İttifaqının “Polisario”ya qarşı mövqeyini dəyişmir – bu qurumu Avropa İttifaqı və ittifaqa üzv olan dövlətlədən heç biri tanımır.