Həkimlər xəstənin mədəsindən 63 qaşıq çıxarıblar

19:48 29.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanda həkimlər xəstənin mədəsindən 63 qaşıq çıxarıblar, Hafta.az bildirir ki, bu barədə Mirror yazır. Bu, onların karyerasında ilk belə haldır.

Mətbuatda yayılan məlumata görə, kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə narahatlığın şişdən qaynaqlandığını düşünsələr də, yaxından müayinə etdikdən sonra təəccübləndilər. Məlum olub ki, xəstənin qarın boşluğunda 63 qaşıq olub. Gecikdirmək mümkün olmadığından hindistanlı iki saat davam edən təcili əməliyyat keçirib.

“Demək olar ki, 35 illik karyeramda belə hallara rast gəlməmişəm”, - proseduru həyata keçirən cərrah etiraf edib.

Xəstənin yaxınları onun yerli klinikalardan birində narkomaniyadan sağalarkən qaşıqla qidalandığını güman edirlər. Bundan əlavə, həkimlər kişinin psixi problemləri olduğu qənaətinə gəliblər.