Helsinki və Stokholmun birlikdə alyansa qoşulması NATO üçün daha yaxşıdır - Mikko Savola

13:38 15.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveç və Finlandiya alyansa növbə ilə yox, birlikdə qoşulsalar, bütün NATO ölkələri üçün daha yaxşı olardı. Reuters xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Mikko Savola bildirib.

"Finlandiya üçün daha yaxşıdır, İsveç üçün daha yaxşıdır, həm də NATO üçün ki, ikimiz də mümkün qədər tez üzv olaq" deyib Savola Brüsseldə NATO ölkələrindən və İsveçdən olan həmkarları ilə görüşdən əvvəl.

O vurğulayıb ki, Şimali Atlantika Alyansına eyni vaxtda daxil olmaq planlaşdırma baxımından əlverişli olardı, çünki Helsinki "İsveçlə çox sıx əməkdaşlıq edir".