İsrailin “Haaretz” qəzeti müdafiə naziri Yoav Qalantin ordunun diqqətini şimala yönəltdiyi və yaxın gələcəkdə Livan “Hizbullah”ına qarşı hücuma keçə biləcəyi ilə bağlı açıqlamalarını şərh edən istefada olan general İsaak Breyvikin məqaləsini dərc edib. Sözügedən general məqalədə İsrailin Qəzza müharibəsində heç bir hədəfinə çata bilmədiyini vurğulayaraq “Belə olan halda Livan “Hizbullah”ını necə məğlub edə bilər?” sualını verib.
Hafta.az-ın yazdığına görə, general İsaak Breyvik Qallantın bəyanatlarını “narahatedici” adlandırıb və deyib ki, bu, baş nazir Benyamin Netanyahu və Baş Qərargah rəisi Hirsi Halevinin bəyanatlarına bənzəyir.
Breyvik, üçlüyün Qəzza zolağında müharibə üçün qarşıya qoyduğu heç bir məqsədə nail ola bilməyəcəyini, xüsusilə də "Həması” məhv etmək və bütün məhbusları azad etmək" niyyətinin reallaşmayacağını deyib.
Breyvik deyib ki, əslində “Həmas” hələ də Qəzzanın tunelləri və bütün məhəllələri daxil olmaqla bütün əraziyə nəzarət edir.
"Keçmişdən daha zəif olsa da, İsrail ordusunun “Həmas”ın hökmranlığına son qoymağın heç bir yolu yoxdur və davam edən müharibə öz məqsədini itirib. Təhlükəli müharibə indi İsrailin iqtisadiyyatından tutmuş beynəlxalq əlaqələrinə qədər yaxşı olan hər şeyi məhv edir. Artıq bir çox ehtiyatda olanlar hərbi xidmətdən imtina edir” deyən general əlavə edib ki, lakin Netanyahu, Qalant və Halevi bu təhlükəli faktlara məhəl qoymurlar və Livanda “Hizbullah”a qarşı quru müharibəsi başlatmağa qərarlıdırlar. Bu da İsrail üçün ölümcül zərbə ola bilər və “Həmas”ı məhv edə bilməyən ordu ondan yüzlərlə dəfə güclü olan “Hizbullah”ı məhv edə bilməz", - Breyvik bildirib.
Təqaüddə olan general, demək olar ki, bütün quru qoşunlarını şimal sərhədinə yerləşdirəcək İsrailin başqa bölgələrə saxlamaq üçün kifayət qədər qüvvəyə malik olmayacağını, bunun da başqalarının İsrail ordusunu imkansız zəif ordu kimi görməsinə səbəb olacağını bildirib.
Breyvik həmçinin bildirib ki, genişmiqyaslı müharibədən qaçmaq olar, lakin müharibə başlayarsa, hər iki tərəf ağır bədəl ödəyəcək, minlərlə, bəlkə də on minlərlə insan həlak olacaq, infrastruktura ciddi ziyan dəyəcək.
Breyvik İsrailin “Hizbullah”ı asanlıqla məhv edə bilməyəcəyini, genişmiqyaslı müharibəyə girəcəyini, İsrailin şimalında yaşayanların qısa zamanda evlərinə dönə bilməyəcəyini və sonda razılaşmanın lazım olduğunu bildirib.