Həmkəndlisini öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərilib

15:54 07.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 20-də Ağsu rayon sakini Hacıyev Mürvət Zabit oğlunun qəsdən öldürülməsinə cəhd göstərilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Ağsu Rayon Prokurorluğundan hafta.az-a bildirilib ki, istintaqla zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Qaya Hacıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd etdiyi müəyyənləşdirilib.

Qaya Hacıyev Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxunma sayı 397