Heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb

13:58 15.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Gəncə şəhər ərazisində keçirilmiş reyd zamanı Allaverdiyev Keyti Məhəmmədəli oğluna məxsus “Chevorlet Niva” markalı 32-BH-549 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində baytarlıq-sanitariya ekspertizasından keçirilməyən, kəskin qoxuya malik 1 baş (93 kq) ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

Qurumdan hafta.az-a verilən xəbərə görə, ilkin araşdırmalar nəticəsində istehlaka yarasız ət məhsulunun satış məqsədilə Daşkəsən rayonundan gətirildiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.