İnsan alverinə qarşı mübarizədə, o cümlədən insan alverinin potensial qurbanlarının maarifləndirilməsində, sosial reabilitasiyasında, onlara hüquqi yardımın göstərilməsində, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilində qeyri-hökumət təşkilatları fəal iştirak ediblər.
Hafta.az xəbər verir ki, bunu İclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov bildirib.
DİN-in rəsmisi diqqətə çatdırıb ki, 17 QHT xüsusi təşəbbüskarlığı ilə seçilib. Onların təqdim etdikləri ümumi dəyəri 72 min 500 manat olan 8 layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib.
Onun sözlərinə görə, insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə 106 min manat vəsait ayrılıb.