Hindistan Ermənistana haubitsa tədarük edəcək

18:35 10.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik ATAGS yedəkli haubitsaları tədarük edəcək, The Hindu yazır.

Nəşrin məlumatına görə, sifariş Bharat Forge Ltd-nin törəmə şirkəti olan Kalyani Strategic Systems Ltd özəl şirkəti tərəfindən alınıb.

Bildirilir ki, haubitsaların tədarükü Hindistanın öz istehsalı olan qabaqcıl hərbi platformaların idxalını təşviq etmək istəyinə uyğun olaraq Hindistanın “Atamanirbhar Bharat” dövlət proqramı çərçivəsində həyata keçiriləcək.

Hindu birbaşa müştəri ölkənin adını çəkmir, lakin Business Standard-a görə söhbət Ermənistandan gedir.

Siyasət rubrikasından digər xəbərlər