Hindistan və Çin nümayəndələri Ladaxda davam edən mübahisəni müzakirə etmək üçün Çuşulun qarşısındakı Əsl Nəzarət Xəttinin (LAC) Çin tərəfində - Moldoda Korpus komandirləri səviyyəsində görüş keçirir.
DNA-nın Hafta.az-a göndərdiyi məlumatda deyilir ki, bu, iki korpus komandirləri arasında 6 iyun tarixindən sonra keçirilən sayca ikinci görüşdür. Məlumata əsasən, Hindistan tərəfi Çin nümayəndələrindən LAC boyunca 4 may tarixindən əvvəlki hərbi mövqelərə qayıtmalarını istəyib. Amma Çin nümayəndələri bu tələb qarşısında səssiz qalıblar və onlar əraziyə cəlb etdikləri 10 mindən artıq əsgəri arxa mövqelərə çəkmək niyyəti nümayiş etdirməyiblər.
Hindistantərəfi onu da bildirib ki, hərbi qüvvələrə fövqəladə hallarda odlu silahdan istifadə etmə səlahiyyətlərinin verildiyi LAC-da iştirak qaydalarının dəyişdirilməsini müzakirə edə bilər. Bununla yanaşı, Hindistan tərəfi Çindən 6 iyun danışıqları zamanı Galvan vadisində və digər yerlərdən qoşunların çəkilməsi mövzusunda götürülən öhdəliyi yerinə yetirməsini xahiş edəcək.
Danışıqlarda Ladax bölgəsində, Hindistan torpaqlarına yaxın sahələrdə yerləşdirilmiş Çin hava qüvvələrinin məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, ötən aydan başlayaraq Hindistan və Çin davam edən sərhəd gərginliyini yumşaltmaq üçün danışıqlara start verib.
Xatırladaq ki, ötən həftə sərhəddə baş verən silahlı toqquşma nəticəsində hər iki tərəfdən xeyli canlı qüvvə itkisi ilə üzləşib. Galvan vadisində baş verən toqquşmada, Hindistan tərəfin məlumatına əsasən, 20 hindistanlı əsgər və 43 çinli hərbçi həlak olub.