Hindistanda avtobus uçuruma yuvarlanıb - 32 nəfər ölüb

13:27 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Uttarxand əyalətində içərisində 55 nəfərin olduğu sərnişin avtobusu 500 metr hündürlükdən dərəyə uçub.

Hafta.az bildirir ki, toy kortejini aparan avtobusun nəzarətdən çıxması nəticəsində azı 32 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Xilasetmə qrupları işlərini yerinə yetirərkən yaralılar xəstəxanaya çatdırılıb.

Hindistanın baş naziri Narendra Modi qəzanı "ürək parçalayan" adlandırıb və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Oxunma sayı 1662