Hindistanda əkiz bacıları ilə evlənən kişi saxlanılıb

19:42 05.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanda iki əkiz bacı ilə evlənən 36 yaşlı kişi saxlanılıb. Bu barədə “Times of India” məlumat yayıb.

Uşaqlıqdan bacılar demək olar ki, hər şeyi bir-birləri ilə bölüşürdülər. Artıq yetkinlik dövründə eyni İT şirkətində işləməyə gediblər. Sonra bir kişi ilə evlənməyə qərar veriblər.

Əkizlərdən biri toya gələndə kişi ilə tanış olub, qız onu da bacısı ilə evlənməyə dəvət edib. Bəy imtina etməyib.

Toya 300 nəfər dəvət olunub, tərəflərdən heç biri evliliyə etiraz etməyib.

Lakin toydan ertəsi gün yerli sakin yeni evlənənə qarşı qanunsuz nikahla bağlı ərizə verib, bundan sonra o, saxlanılıb.

Bacılar da məsuliyyətə cəlb oluna bilər.

Oxunma sayı 1608