Hindistanda imtahan sualı bazarı: "20 min dollar verirlər"

10:05 11.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əvvəlki aylarda yüzlərlə tələbə Hindistanın paytaxtı Yeni Dehli yaxınlığındakı bir oteldə yaxalanmışdı. Səbəb məclis təşkil etmələri deyil, hər birinin 1,2 milyon rupi (təxminən 25000 min manat) ödəyərək imtahan suallarını almaları olub.

Hafta.az-ın “Business İnsider”a istinadən yazdığına görə, “Fırıldaq bayramı” adlanan bu tədbiri təşkil edən bir çox şəxs həbs olunarkən, aralarında polis də daxil olmaqla 10-dan çox şəxs barəsində ittiham aktı hazırlanır.

Bu nümunə dünyanın ən çox əhalisi olan ölkəsində tez-tez keçirilən imtahanların əhəmiyyətini ortaya qoyur.

Hindistan tələbələri məktəblərə və gələcək işçiləri iş yerlərinə yerləşdirmək üçün mərkəzi imtahanlardan istifadə edir.

Orta səviyyəli ailələr dələduzlara külli miqdarda pul ödəyirlər ki, övladları imtahanlarda üstünlük əldə etsinlər və gələcəkləri daha yaxşı olsun.

Fırıldaq şayiələrinin ən sıx olduğu imtahanlardan biri də Hindistanda tibb fakültələrinə qəbula icazə verən NEET imtahanıdır.

Bu il ölkədə 2,4 milyon şagird imtahan verib. Gənclərin öz arzularına çatması üçün on minin iki faizində olmaq lazımdır.

Hindistanın ən sıx məskunlaşılan Uttar Pradeş ştatında polis olmaq istəyən 4 milyon insandan yalnız 60 mini imtahan yolu ilə işə götürülüb.

İmtahan suallarını qabaqcadan əldə etmək istəyənlərin hər biri dələduz dəstələrinə 15-20 min dollar ödəməlidir. Bir çox insanlar pis nəticə əldə etməkdən və özəl universitetlərə pul xərcləməkdənsə, qeyri-qanuni biznesə pul yatırmağa üstünlük verirlər.

Müxtəlif saxtakarlıq üsullarının qarşısını almaq istəyən səlahiyyətlilər imtahan mərkəzlərinə kameralar yerləşdirib, sosial şəbəkələrdə sual satışının arxasınca getsələr də, hələ də qanunsuz yollara rast gəlmək mümkündür.