Hindistanın cənubundakı Kerala əyalətində bir məbəddə əvvəllər əsir fillərlə edilən dini parad ilk dəfə robot fillə reallaşdırılıb.
Hafta.az-ın “The Indian Express”ə istinadən yazdığına görə, robot fildən tanrı daşımaq kimi dini mərasimlərdə canlı heyvanların istifadəsinə qarşı artan reaksiyanın qarşısını almaq üçün istifadə edilib.
Uzunluğu 3,2 metr, çəkisi 800 kiloqram olan əsl fil böyüklüyündə olduğu bildirilən robot filin dəmir skeletin üzərinə rezin örtülməklə hazırlandığı bildirilib.
Kerala əyalətinin Frissur bölgəsindəki İrinjadappilly Sree Krishna məbədində keçirilən dini mərasimdə istifadə edilən və 500 min rupiyə (10-11 min manat) başa gələn robot filin xərcini heyvan hüquqlarının beynəlxalq müdafiəçisi PETA qarşılayıb. Robot filə "İrinjadappilly Raman" adının verildiyi və Kerala məbədlərində geniş yayılmış fillərin tanrıya təqdim edilməsi mərasimi də keçirilib. Mərasimdə "fil raman" canlı fillər kimi bəzədilib.
PETA, robot filin məbəddəki mərasimlərin daha təhlükəsiz və daha az zərərsiz şəkildə keçirilməsini təmin edəcəyini və beləliklə də əsir fillərin reabilitasiya səylərini dəstəkləyəcəyini açıqlayıb. Beş nəfəri eyni anda daşıya bilən və gövdəsi operatoru tərəfindən açarla hərəkət etdirə bilən robot fil Dubay Şopinq Festivalı üçün fil heykəlləri hazırlayan Trissurda bir qrup rəssam tərəfindən işlənib.
Bir ailənin idarə etdiyi məbədin keşişi Rajkumar Nambufiri mərasimlər üçün əvvəllər diri filləri icarəyə götürdüklərini, bunun çox baha başa gəldiyini və fillərin izdihamdan qorxduqları zaman insanlara zərər verə biləcəyini, bu səbəbdən də Thissurdakı sənətçilərə robot fil hazırlamaq təklif olunub.