Yazını böyüt
Yazını kiçilt
Papa Fransisk homoseksuallığı cinayət hesab edən qanunları "ədalətsiz" adlandırıb. Eynicinslilərin cazibəsini "günah" kimi qiymətləndirib. O, bu barədə Associated Press agentliyinə müsahibəsində bildirib.
"Homoseksual olmaq cinayət deyil" deyə pontifik vurğulayıb.
Roma Papası etiraf edib ki, dünyanın bəzi yerlərində katolik yepiskopları homoseksuallığı cinayət hesab edən və ya LGBT icmasının üzvlərinə qarşı ayrı-seçkilik yaradan qanunları dəstəkləyir və özü də bunu “günah” adlandırıb.