Yazını böyüt
Yazını kiçilt
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya ordusunun Belarusdan hücumu ehtimalı var, lakin bu, uğursuz olacaq.
Zelenski deyib:"Ukraynanın rəsmi olaraq təklif etdiyi hər şeyi eşidirsiniz. Biz Belarusa hücum etmək fikrində deyilik və heç vaxt da etməyəcəkdik. Belə niyyətlər yoxdur... Bu, Bütün Ukrayna xalqından Belarus xalqına əsas siqnaldır”.
Zelenski vurğulayıb ki, Belarusun müstəqilliyini itirməməsi və heç kimin təsirinə baxmayaraq, “tamamilə biabırçı bu müharibəyə” girməməsi Ukrayna üçün çox vacibdir.
O əlavə edib ki, bu istiqamətdə hücum edən Belarus qoşunları olsa, Ukrayna təəccüblənəcək.