Hulusi Akar da koronavirusa yoluxub

20:10 06.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

"COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır və lazımi tədbirləri görərək işimizi davam etdiririk", - deyə Hulusi Akar bildirib.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi "Twitter" hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştammına yoluxduğunu bildirmişdir.