İsrail-Livan danışıqları bu dəfə Vaşinqtonda keçiriləcək

10:00 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların yeni mərhələsi çərşənbə axşamı Vaşinqtonda keçiriləcək.

Hafta.az xəbər verir ki, bundan öncə ABŞ Dövlət Departamenti Livan və İsrail nümayəndə heyətləri arasında görüşlərin 23-25 ​​iyun tarixlərində Vaşinqtonda keçiriləcəyini açıqlamışdı.

 

Dövlət katibi Marko Rubionun danışıqlarda iştirak edib-etməyəcəyi məlum deyil, çünki onun bu tarixlərdə BƏƏ, Küveyt və Bəhreynə səfəri planlaşdırılır.