“Jen Mironosits” kilsəsində ordumuz üçün dua edilib

15:00 08.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadət keçirilib.

Hafta.az xəbər verir ki, ibadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.

“Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!”.