Çeçenistan rəhbəri Ramzan Kadırov Dağıstanda baş verən iğtişaşlar fonunda çeçenistanda da yarana biləcək mitinqlərdə insanlarla necə rəftar ediləcəyinə dair qərarını açıqlayıb.
Hafta.az-ın "RİA Novosti"yə istinadən yazdığına görə, Kadırov deyib ki, təhrik edənlər dərhal saxlanılmalıdır, lakin başqa variant da var: "Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra insan qanuna əməl etmirsə, alnından dördüncü atəşi açın. Onlar daha nümayişə çıxmayacaqlar. Bu mənim əmrimdir!"
Kadırovun fikrincə, Rusiyanın düşmənləri ilə bir yerdə oynamaq, mitinqlər keçirmək və zorakılığa çağırışlar etməklə Rusiyanı daxildən sarsıtmaq mümkün olmayacaq.
Qeyd edək ki, indi dediklərindən fərqli olaraq, Kadırov ilk gündən Fələstin xalqının mübarizəsini dəstəklədiyini bildirib.