Kadırov yenə narazıdır

11:59 25.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib ki, Rusiya Ukraynanın Rusiyanın "yeni bölgələrini" atəşə tutmasına zəif cavab verir.

Kadırovun sözlərinə görə, artıq Rusiya Federasiyası ərazisində xüsusi əməliyyat aparılır və daha sərt tədbirlərə ehtiyac var ki, “onlar başa düşsünlər ki, siz bizim istiqamətdə atəş açmağı ağlınıza belə gətirə bilməzsiniz”.

Kadırov Rusiya Federasiyasının hərəkətlərinə Qərbdən “böyük və daha pis” cavabın olmayacağını da bildirib. "Avropanın LGBT insanlarının bizimlə döyüşməyə göndəriləcək gücü yoxdur?" əlavə edib.
Bundan əvvəl Çeçenistan rəhbəri dəfələrlə xüsusi hərbi əməliyyatın gedişatını tənqid edib.