Kafedə sevgilisini döyüb 500 manatını aldı

11:34 22.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda quldurluq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, gecə saat 01 radələrində Binə qəsəbəsində yerləşən kafedə Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü C.Novruzov qeyri-rəsmi nikah münasibətində yaşadığı U.Süleymanovanı döyüb. O, qadının üzərində olan 500 manat pulu götürərək hadisə yerindən uzaqlaşıb.

İnsidentlə bağlı polisə müraciət edildikdən sonra C.Novruzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.