Kamazla polisdən qaçmağa çalışdı, həbs olundu -VİDEO

10:41 09.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin qanunu tələbinə əməl etməyən yük maşını sürücüsü saxlanılaraq həbs edilib.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarsəindən bildirilib

Avqustun 7-də Əmirli Zamiq Əmir oğlu idarə etdiyi 15-BH-564 dövlət nömrə nişanlı, “Kamaz” markalı yük maşını ilə stasionar postda yol polisinin “saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib.

DYP əməkdaşları onu saxlamağa müvəffəq olub. Polisin qanuni tələblərinə əməl etmədiyinə görə, barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əmirli Zamiq Əmir oğlu sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

Oxunma sayı 130