Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın Xalq artisti, məşhur qoboy ifaçısı Kamil Cəlilov vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
84 yaşında dünyasını dəyişən Kamil Cəlilov həm də bir sıra bəstələrin müəllifi idi.
“Şöhrət” ordenli sənətkarın ən böyük arzularından biri Qarabağda "Qarabağ şikəstəsi"ni çalmaq idi.
Allah rəhmət eləsin.