Kamran Əliyev Əfv Komissiyasının iclasına qatılıb - YENİLƏNİB

17:51 19.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokuror Kamran Əliyev Əfv Komissiyasının iclasına qatılıb.

Baş prokuror, Ali Məhkəmənin sədri və İnsan Hüquqları üzrə Müvəkkili (Omdusman) komissiyanın üzvü olmasalar da, iclaslarda iştiraka dəvət olunurlar.

Bugünkü iclasda Baş Prokuror Kamran Əliyev iştirak edərək, bəzi məsələlərə münasibət bildirib.

Əfv Komissiyasının yeni tərkibdə fevralın 16-da keçirilmiş ilk iclasında Ombudsman Səbinə Əliyeva iştirak etmişdi.

İclas davam edir. 

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə növbəti iclası başlayb.

Hafta.az-ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiyanən yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib və 100-dən artıq müraciətə baxılıb. Novruz bayramına qədər komissiyaya daxil olan müraciətlərin baxılıb yekunlaşdırılması nəzərdə tutulur.