Yazını böyüt
Yazını kiçilt
Kanada Ukraynaya 47 milyon dollar dəyərində sursat və avadanlıq bağışlayacaq.
Hafta.az bildirir ki, Kanadanın müdafiə naziri Anita Anand Brüsseldə keçirdiyi iclasda ölkəsinin ukraynalılara artilleriya mərmiləri, qış avadanlıqları və dron kameraları göndərəcəyini açıqlayıb. Paketə həmçinin ukraynalılar üçün peyk rabitəsi üçün ödəniş də daxil olacaq.
Anandın sözlərinə görə, yeni yardım paketində bu ayrı-ayrı maddələrin xərcləri aşağıdakı kimi bölüşdürülür: qış geyimləri üçün 15 milyon, dron kameraları üçün 15 milyon (Anand xatırladıb ki, Kanada artıq Ukraynaya 50-dən çox belə kamera bağışlayıb), 2 milyon peyk rabitəsi üçün, qalanları - 155 mm kalibrli mərmilər üçün.