Tehran məhkəməsi 2022-ci ildə Kann Film Festivalında nümayiş etdirilən “Leylanın qardaşları” filminə görə rejissor Səid Roustayı 6 ay həbs cəzasına məhkum edib.
Hafta.az-ın yazdığına görə, “Leylanın qardaşları” İranda dağılmaq ərəfəsində olan böyük iqtisadi böhrana düşən yoxsul ailədən bəhs edən bədii filmdir.
Hakimiyyətdən icazə almadan Kann Film Festivalında nümayiş etdirilən film ötən ildən İranda yasaqlanıb.
“Etemad” qəzeti Tehranın inqilab məhkəməsinin filmin rejissoru Roustayi və prodüseri Cavad Noruzbeigini 6 ay həbs cəzasına məhkum etdiyini yazıb.
Məhkəmə Roustayi və Noruzbeigini müxalifətin rejim əleyhinə təbliğatına töhfə verməkdə ittihamlayıb.
Qəzet qeyd edib ki, iki nəfər həbsdə cəmi 9 gün qalacaq. Qəzet onu da qeyd edib ki, “Cəzanın təxirə salındığı müddətdə təqsirləndirilən şəxslər törətdikləri cinayətlə bağlı fəaliyyətdən çəkinməli, kino sahəsində fəal insanlarla ünsiyyətdə olmamalıdırlar”. Qəzetin yazdığına görə, qərar qəbul edildikdən sonra 20 gün ərzində apellyasiya şikayəti verilə bilər.
34 yaşlı Roustayi 2021-ci ildə buraxılan narkotik ticarəti və hakimiyyət tərəfindən bu səviyyədə repressiyalardan bəhs edən dedektiv "Tehran Qanunu" filminin rejissorluğundan sonra şöhrət qazanıb.
Roustayinin “Leylanın qardaşları” filmi 2022-ci ilin may ayında Beynəlxalq Film Jurnalistikası Federasiyasından mükafat alıb.