“Kapital Bank”ın filial müdiri intihar etdi

13:44 17.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 17-də saat 7 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə hafta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

 

Rəsmi məlumata görə, prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib:

“Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxs “Kapital Bank”ın Xəzər filialının müdiridir.