Karantindən sonra xaricdə oxuyan tələblər təhsillərini necə davam etdirəcəklər?- Rəsmi açıqlama

11:52 24.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası ilə əlaqədar olaraq xaricdə təhsil alan tələbələrin bir çoxu ölkəyə gətirildi. Nəzərə alsaq ki, karantin müddəti may ayının 4-də bitir. Bəs xaricdə oxuyan tələbələr yenidən həmin universitetlərə təhsillərini davam etdirmək üçün qayıdacaqlarmı və ya transferləri mümkündürmü?

Sualımıza cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, bu haqda biz heç nə deyə bilmərik, karantin bitdikdən sonra hər bir universitet öz proqramı əsasında yenidən fəaliyyətlərinə davam edəcəklər:” Ona görə də biz ümümiləşdirib bu haqda fikir bildirə bilmərik. Bu seçim həm də tələbələrin istəyi ilə bağlı olan məsələdir. Karantin bitdikdən sonra qərar qəbul edə bilərlər”.