Karateçilərimiz beynəlxalq yarışda qızıl və gümüş medallar qazanıblar

10:35 22.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 20-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə karate üzrə beynəlxalq turnir keçirilir.

Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

Mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova isə gümüş medal qazanıb.

Qeyd edək ki, şəxsi kumite yarışlarına dünən start verilib.