Yazını böyüt
Yazını kiçilt
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.
Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
Qaradağ rayonu, Səngəçal qəsəbəsində, "Karvansaray" əhəng daşı karxanasında kombaynçı-maşinist işləyən Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Əliəfsər Qurban oğlu karxanada işləyərkən işlətdiyi daşkəsən kombayn relsdən çıxıb.
Ə.Əhmədov kombaynı relsin üzərinə qaldırmaq istəyərkən həmin kombayn hərəkətə gəlib. Nəticədə Ə.Əhmədov kombaynın altında qalaraq ölüb.