Keçmiş məhkumlar saxlanıldı

17:38 09.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

 

Araşdırmalar nəticəsində hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyənləşdirilib. A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.