Yazını böyüt
Yazını kiçilt
Keşiş Baqrat Srbazan polisin qadağasına baxmayaraq 15 gün öncə Baş nazir Paşinyanı devirmək məqsədi ilə İrəna qədər davam edən, amma ciddi bir nəticəyə nail olmadığı yürüşə başladığı Kirants(Güney) kəndinin yanına gedə bilib.
Hafta.az xəbər verir ki, “Aysor” nəşri bu barədə “Milli Cəbhə” telegram-kanalına istinadla məlumat yayıb.
“Bu Kirantsın, Voskeparın, Baqanisin və ya başqa kəndin problemi deyil, bu, ləyaqətli vətəndaşları burada olan Ermənistanın mövcudluğu problemidir, problem buradadır, amma həlli İrəvandadır”.
Kəndə gələn keşiş Baqrat kirantslılarla görüşdə belə deyib.