Kişi keçmiş arvadını bıçaqlayıb

22:20 16.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mağrasa bağı adlanan yaşayış massivində qeydə alınıb.

2002-ci il təvəllüdlü Pərvanə İsmayılova qolunun və qarnın müxtəlif hissələrinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Pasientin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının keçmiş əri Vüsal Rzayev tərəfindən bıçaqlandığı ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.