Kiyev minə yaxın pilotsuz təyyarə alıb

12:27 04.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna baş nazirinin müavini Mixail Fedorov bildirib ki, üç ay ərzində Kiyev minə yaxın pilotsuz uçan aparat əldə edib. Hafta.az bu barədə siyasətçinin Telegram kanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, 986 pilotsuz uçan aparat 52 milyon dollara başa gəlib, onlardan bəziləri artıq ön cəbhədədir və döyüş tapşırıqlarını yerinə yetirir. Pilotsuz uçuş aparatları Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat aparmağa, yüngül zirehli texnikaları və hava hücumundan müdafiə vasitələrini vurmağa kömək edir, Penguin C-MIL Mk 2 UAS pilotsuz təyyarələri alınan məlumatları şifrələnmiş rəqəmsal kanallar vasitəsilə ötürür.

Fedorov bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin ilk 20 Warmate hücum pilotsuz təyyarəsini (PUA) aldığını bildirib.

Oxunma sayı 1556