Kolumbiya həbsxanasında yanğın nəticəsində 49 nəfər həlak olub

21:53 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın cənub-qərbindəki Valye-del-Kauka departamentinin Tulua şəhərindəki həbsxanada baş verən yanğında azı 49 məhbus həlak olub.

Hafta.az xəbər verir ki, Kolumbiya milli həbsxana agentliyinin (INPEC) rəhbəri Tito Kastelyanosun sözlərinə görə, gecə iğtişaşları zamanı məhbuslar döşəkləri yandırıblar və bundan sonra alov həbsxananın əksər hissəsinə yayılıb. Nəticədə 49 nəfər həlak olub, 30 nəfər yaralanıb, onlarla insan təxliyə edilib.

İlkin araşdırmalar göstərir ki, yanğın gecə saat 1:00-dan sonra başlayıb, Tuluadan yanğınsöndürənlər tez bir zamanda yanğını söndürməyə gəlsələr də, qurbanların çoxu tüstüdən zəhərlənərək ölüb.

Oxunma sayı 114