Konfrans Liqası: 1/4 final mərhələsinə start verilib

23:24 09.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start verilib.

Hafta.az xəbər verir ki, açılış oyununda "Rayo Valyekano" (İspaniya) öz meydanında AEK (Yunanıstan) komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:0.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.