Koreya-Azərbaycan diplomatik əlaqələrinə həsr olunmuş Dostluq konserti olub

12:16 23.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr edilmiş Dostluq konserti olub.

Hafta.az-ın yazdığına görə, tədbirdə Yalçın Adıgözəlovun drijorluğu, koreyalı solistlər Ryo Meehae (violonçel), Jin Jungvon (piano) və Jeon Jinjoo-nun (violino) müşaiyətilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı öz gözəl ifalarını təqdim edib. 

Azərbaycan Dövlət Simfonik Orkestrı Kşiştof Penderetskinin “Koreya” adlanan 5-ci Sinfoniyası və Koreyalı bəstəkarlar Honq Nan Pa və Li Von Sunun “Vətən baharı” ifası ilə tədbirə rəng qatıblar. Koreyalı trio isə simfonik orkestrla bərabər Lüdviq van Bethovenin Tripelkonçertini qonaqlara təqdim edib.

Qeyd: Kşiştof Penderetskinin “Koreya” adlanan 5-ci Sinfoniyası 1991-ci ildə Koreya Hökumətinin sifarişi ilə yazılıb və 1992-ci ildə Milli Azadlıq Gününə həsr edilmiş tədbirdə ilk dəfə ifa edilib. “Ey quş, ey quş, ey mavi qaratoyuq quşu” adlı xalq mahnısının motivləri əsasında yazılan əsər Koreya xalqının hisslərinin tərənnümü kimi təqdim edilib.

Tədbirdə Azərbaycan rəsmiləri, Azərbaycanda təmsil olunan xarici nümayəndəliklər, koreyalı qonaqlar və adi vətəndaşlar da daxil olmaqla 600 nəfər iştirak edib. 

Əlaqələrin 30 illiyi ilə bağlı olaraq Koreya səfirliyi arxeoloji seminar, humanitar forum, Hanbok dəb şousu və başqa tədbirlər də keçirməyi planlaşdırır. Belə fərqli tədbirlər vasitəsilə mədəni münasibətlərin yeni mərhələyə qədəm qoyacağı və bu münasibətlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsində vacib faktora çevriləcəyi ümid edilir.  

Oxunma sayı 323
Mədəniyyət rubrikasından digər xəbərlər