Koronavirus xəstəsi ictimai yerdə aşkarlanaraq saxlanılıb

19:00 13.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 12-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Bakı şəhər sakini Ç.Qasımzadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.