Koronavirusa görə 85 min məhkum buraxıldı

14:50 17.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran koronavirus səbəbiylə 85 min məhkumu həbsxanadan sərbəst buraxıb.

RİA Novosti-nin xəbərinə görə, bu barədə ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qolamhüseyn Əsmaili deyib.

"Bu günə qədər təxminən 85 min məhbus sərbəst buraxılıb", deyə rəsmi nümayəndə bldirib.

Xatırladaq ki, İranda koronavirus xəstəsinin olması haqda ilk dəfə 19 fevralda məlum olub. Həmin andan xəstəlik ölkənin bütün əyalətlərinə təsir edib və xəstəliyə yoluxanların sayı demək olar ki, 15 min nəfərə çatıb ki, onlardan da 853 nəfəri ölüb.

Ümumilikdə isə, dünyada 180 mindən çox koronavirus infeksiyası qeydə alınıb.