Danimarka kraliçası, atası IV Frederikdən sonra taxta çıxan II Margret hakimiyyətinin 51-ci ilində krallığının tarixində ilk olan qərara imza atıb.
Hafta.az-ın yazdığına görə, kraliçanın qərarı ilə 2023-cü il yanvarın 1-dən etibarən şahzadə Yoahimin övladlarının yalnız "qraf" və "qrafinya" kimi titullardan istifadə edə biləcək. Yəni bundan sonra onlar "şahzadə" sayılmayacaqlar.
Məlumata görə, 8 nəvəsindən 4-nün titulunu əlindən alan kraliça, nəvələrinin taxt-tacın tələb etdiyi vəzifələrin öz həyatlarına mənfi təsir göstərdiyini bildirib.
Kraliça II Margretin ikinci evlilikdən dünyaya gətirdiyi kiçik oğlu şahzadə Yoahimin uşaqları ilə bağlı belə bir qərar verməsi “Kraliça ailəsini kiçildir” kimi şərh edilib. Maraqlıdır ki, kraliça böyük oğlunun 4 övladının şahzadə tituluna toxunulmayıb.
Digər tərəfdən şahzadə Nikolay, şahzadə Feliks, şahzadə Henrik və şahzadə Afina da Danimarka taxtına çıxma sırasında öz yerlərini qoruyacaqları qeyd edilib.
Bu arada, İsveç kralı XIV Karl Qustaf da 2019-cu ildə nəvələrini titullarından məhrum edib.