Kreml ilə danışıqların şərti Rusiya qoşunlarının çıxarılmasıdır- Almaniya kansleri

16:13 31.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Olaf Şolsun sözlərinə görə, istənilən sülh danışıqları Rusiyanın Ukraynadan qoşunlarını çıxarması şərti ilə aparılmalıdır. Hafta.az DPA agentliyinə istinadən yazır ki, Şolz bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə keçirdiyi mətbuat konfransında deyib.

Bundan əlavə, ukraynalıların arxasında Rusiya ilə sülh ola bilməz, Şolz bildirib.

Almaniya kansleri əlavə edib ki, onun Braziliya prezidenti ilə aydın ortaq mövqeyi var: “Biz hər ikimiz Rusiyanın işğalını pisləyirik”.

Digər tərəfdən, Lula Ukraynaya Gepard zenit silahları və ya Leopard tankları üçün sursat tədarük etmək ümidlərini açıq şəkildə rədd edib.

“Braziliya Ukrayna-Rusiya müharibəsi üçün döyüş sursatı ötürməkdə maraqlı deyil. Braziliya dünya ölkəsidir. Və buna görə də Braziliya dolayı yolla olsa belə bu müharibədə iştirak etmək istəmir”, - o, birgə mətbuat konfransında bildirib.