KTMT Ermənistana dəstək verməyəcək.
Hafta.az bildirir ki, bu barədə “Regnum” nəşriyyatının baş redaktoru, ermənipərəst politoloq Modest Kolerov erməni mətbuatına bildirib.
“Kremldə Bakıya qarşı qısqanclıq oyatmağın mənası yoxdur. O, ermənilərin əvəzinə Ermənistanı müdafiə etməyəcək”, - deyə politoloq bildirib.
Kolerov xatırladıb ki, Paşinyan artıq Rusiya Federasiyasına Ermənistanın ərazi bütövlüyünün təmin edilməsində kömək istəyi ilə müraciət edib.
“Bu bəyanatın sübut bazası olması üçün bizə Azərbaycanla normal sərhəd və orada Rusiya ordusunun olması lazımdır. Hazırda bu belə deyil və düşünürəm ki, uzun müddət olmayacaq.
KTMT Ermənistanı dəstəkləməyəcək, çünki təşkilatda qərarlar konsensusla qəbul edilir və onun üzvlərinin əksəriyyəti Bakının tərəfindədir”, - Modest Kolerov bildirib.