KTMT dövlət başçıları yanvarın 10-da toplanacaq

14:08 09.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında görüşü keçiriləcək.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Onlayn konfrans yanvarın 10-na təyin edilib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.