Kürdə batan daha bir digər şəxsin meyiti tapılıb

18:51 11.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

08.07.2021-ci il tarixində Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, H.Fəttahovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.