Küveyt İrana məhəl qoymur - Durra Qaz Yatağında işə başlayır

09:10 28.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveyt İranla dəniz sərhədinin çəkilməsini gözləmədən Durra qaz yatağında neft hasilatına başlayacağını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Küveytin neft naziri Saad əl-Barak Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sky News Arabia" televiziyasına açıqlama verib. Bildirib ki, ölkəsi İranla sərhədin çəkilməsini gözləmədən Durra qaz yatağında kəşfiyyat və hasilat fəaliyyətlərinə başlayacaq.

İran isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Fars körfəzində yerləşən və 1967-ci ildə kəşf edilən Ərəş/Durra Qaz Yatağı illərdir İran və Küveyt arasında problemlər yaradır. Qaz yatağının İran tərəfdəki hissəsi “Arəş”, Küveyt tərəfindəki hissəsi isə “Durra” adlanır.

Səudiyyə Ərəbistanı və Küveyt 2022-ci ilin martında Durra qaz yatağının işlənməsinə dair saziş imzalayıb. İran isə sözügedən razılaşmanın “qanunsuz” olduğunu əsas gətirərək, bölgədə qazma işlərinə başlayacağını bəyan edib.

Küveyt İranı iyulun 3-də bölgədəki dəniz sərhədi ilə bağlı danışıqlara çağırdı, Tehran rəhbərliyi isə mövzu ilə bağlı açıqlama vermədi.

Siyasət rubrikasından digər xəbərlər