Laçın şəhəri ilə qonşu kəndin icma başçısı həbs edildi...

14:27 06.10.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Sünik mərzinin(Zəngəzur ərazisi) Dığ  (Tex) kəndinin icma başçısı Davit Qulunts həbs edilib.

Hafta.az xəbər verir ki, bu məlumatı “Haykakan Jamanak" qəzetinə Ermənistan  Daxili İşlər Nazirliyinin mətbuat xidməti çatdırıb.

"O, Ermənistan Respublikası İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsində müəyyən edilmiş əməli törətdiyinə görə inzibati nəzarətə götürülüb, sonra isə sərbəst buraxılıb", - Daxili İşlər Nazirliyindən bildirilib.

Sözügedən maddə polis qüvvələrinin əməkdaşının və ya polis əməkdaşının qanuni tələbinin yerinə yetirilməməsini nəzərdə tutur.

Qeyd edək ki, Dığ kəndi Azərbaycan Respublikasının Laçın şəhərindən hava xətti ilə təxminən 5-6 km məsafədə Azərbaycan-Ermənistan sərhədinə çox yaxın məsafədə yerləşir.