Las Veqasda bütün kazinolar bağlandı

11:31 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Las Veqas şəhərində bütün kazinolar bir ay müddətinə bağlanıb.

Trend-in məlumatına görə, bu qərarı Nevada ştatının qubernatoru Stiv Sisolak verib.

O bildirib ki, koronavirus epidemiyasının yayılması ilə əlaqədar bütün əyləncə mərkəzləri bağlanır, restoran və kafelər yalnız çatdırılma xidmətləri göstərəcək.

Las Veqas şəhərində bütün kazinoların fəaliyyəti sonuncu dəfə 1963-cü ildə, prezident Con Kennedinin dəfn mərasimi ilə əlaqədar dayandırılmışdı.

Kazinolar Las Veqasın əsas gəlir mənbəyi hesab olunur.

Qeyd edək ki, koronavirus ABŞ-ın 50 ştatının hər birində qeydə alınıb. Ümumilikdə ölkədə 6 522 nəfər virusa yoluxub, bunlardan 111-i 24 saat ərzində qeydə alınıb. 116 nəfər virusun qurbanı olub.